Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti 2 ədəd sərnişin liftinin sökülməsi və yenisi ilə əvəz edilməsinə 142 min manatdan çox vəsait yönəldəcək.
tender.gov.az saytında verilən məlumata görə, Xidmət “Leon” şirkəti ilə sözügedən işlərin yerinə yetirilməsi haqqında müqavilə bağlayıb.
Müqavilənin dəyəri 142 min 24,8 manatdır.
“Leon” – 1994-cü ildə yaradılmış servis şirkətidir və eskalatorların, lift avadanlıqlarının, müxtəlif növ qaldırıcı kranların təchizi, quraşdırılması və texniki xidməti ilə məşğul olur. Şirkət, həmçinin telferlərin, xüsusi təyinatlı tikinti taxtalarının, buruqların və bir çox digər avadanlıqların təchizi və satışı ilə məşğuldur.*
N.Abbasova