Azərbaycan prezidenti İlham Əliyev Vergilər Nazirliyinin yeni strukturunu təsdiq edib.
Əliyevin sərəncamı çərşənbə günü dövlət başçısının saytında dərc olunub.
Vergilər Nazirliyinin yeni strukturu 6 əsas qurumdan ibarət olacaq: Milli Gəlirlər Baş İdarəsi; Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi; İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi; Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi; Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi; Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarə.
Bunda əlavə, nazirliyin strukturunda baş idarə səlahiyyətli Çağrı Mərkəzi, yerli bölmələr (baş idarələr, idarələr və şöbələr) olacaq. **
Ə.Məmmədov