Azərbaycan yığması XV Avropa Gənclər Yay Olimpiya Festivalında («EYOF Baku-2019») ümumi hesabda 2-ci yerdədir.
Oyunların keçirildiyi beş gündən sonra Azərbaycan idmançılarının aktivində 19 medal var: 9 qızıl, 5 gümüş və 5 bürünc.
Ümumi medal hesabında Rusiya yığması 32 medalla (13,8,11) liderdir. Üçüncü yerdə aktivində 15 medal ilə (6,4,5) Türkiyə idmançıları qərarlaşıb.
O cümlədən, Böyük Britaniya, İtaliya, Rumıniya, Belarus, Polşa, Xorvatiya və Gürcüstan onluğa daxildir.
Bütövlükdə, 27 ölkədən idmançılar medallar, həmçinin 17 ölkənin nümayəndələri hər biri bir qızıl medal qazanıblar.
XV Avropa Gənclər Yay Olimpiya Festivalı 20-28 iyul tarixlərində Bakıda keçirilir. Festivalda Avropanın 50 ölkəsindən 3,6 mindən artıq gənc idmançının (14-18 yaş) və texniki heyətin iştirakı gözlənilir. 12 idman obyektində keçiriləcək yarışlarda atletlər idmanın 10 növü – bədii gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar. Tədbirə 2,5 mindən çox könüllü cəlb edilib.**
F.İsazadə