“BakuBus” MMC cəmiyyətin balansında olan “Iveco” markalı avtobuslar üçün ehtiyat hissələrinin alınmasına 3,2 mln. manatdan çox vəsait ödəyəcək.
www.tender.gov.az saytının məlumatına görə, “BakuBus” Türkiyənin “Karatas Tarimcilik Sanayi ve Ticaret Anonum Sirketi”nin Bakıdakı nümayəndəliyi ilə müvafiq müqavilə bağlayıb.
Müqavilənin dəyəri 3 mln. 214 min 43,5 manatdır.
“BakuBus” MMC 2014-cü ilin aprel ayında Nazirlər Kabinetinin qərarı ilə yaradılıb. Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımanın yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması əsas məqsədlər olaraq qarşıya qoyulub. “BakuBus” MMC özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərir.**
N.Abbasova