İranHərbi DənizQüvvələrininŞimal Donanmasının eskadrası Beynəlxalq Ordu Oyunları çərçivəsində keçiriləcək “Dəniz Kuboku-2019” müsabiqəsində iştirak edəcək. Bu barədə “Mehr News” agentliyi xəbər verir.
İran eskadrası “Peykan” və “Cuşan” adlı iki raket kreyserindən ibarətdir.
Onlar Azərbaycan, Qazaxıstan və Rusiya komandaları ilə qarşılaşacaqlar.
“Dəniz Kuboku-2019” 3-17 avqust tarixlərində Azərbaycanın ərazi sularında keçiriləcək.
“Dəniz Kuboku-2018” müsabiqəsinin yekunları üzrə 1-ci yeri Rusiya, 2-ci yeri Qazaxıstan, 3-cü yeri isə İran və Azərbaycanın hərbi dənizçiləri tutublar.*
F.İsazadə