Erməni hərbçilər Azərbaycanın sərhəd döyüş mövqelərini atəşə tutmaqda davam edir.
“Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam etməkdədir. 2019-cu ilin 28 iyul tarixində saat 22:00 radələrində döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən tərəfindən növbəti dəfə atəşə tutulub”, - deyə DSX-nin məlumatında bildirilir.
Atəş snayperlərdən açılıb.
Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşi ilə susdurulub.*
F.İsazadə