Azərbaycan prezidenti İlham Əliyev Salyan rayonunda avtomobil yolunun tikintisi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7,8 mln. manat ayırmağı tapşırıb.
Abadkənd–Kolanı–Xələc–Yenikənd avtomobil yolu on bir min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirir.
Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündən ayrılacaq.
IPrezidentin müvafiq sərəncamı dövlət başçısının saytında dərc olunub. **
B.Rüstəmbəyov