2019-cu ilin I yarısında SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) dövlət büdcəsinə 741,326 mln. manat məbləğində vergi ödəyib. Bu barədə şirkətin məlumatında deyilir.
“Yanvar-iyun aylarında SOCAR tərəfindən dövlət büdcəsinə 741,326 mln. manat vergi ödənilib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 2,7% və ya 19,705 mln. manat çoxdur”, - deyə məlumatda bildirilir.
“Bu, son 10 ildə şirkətin biznes portfelini əhəmiyyətli dərəcədə şaxələndirməsi, yeni biznes sahələrinə və yeni ölkələrə sərmayələr yatırması sayəsində mümkün olub. Nəticədə şirkət 2018-ci ildə əldə etdiyi gəlirlərin 94%-ni xarici bazarlardan qazanıb. 2009-cu ildə isə bu göstərici 34% təşkil edib”, - deyə məlumatda qeyd olunur.
2019-cu ildə SOCAR tərəfindən dövlət büdcəsinə vergi ödənişləri üzrə proqnoz 1 mlrd. 450 mln. manat səviyyəsində müəyyən edilib.*
N.Abbasova