Bu il Azərbaycanda min kilometr avtomobil yolu çəkiləcək. Bunu prezident İlham Əliyev deyib.
“Son 15 il ərzində 15 min kilometr yol çəkilib. Bu il də min kilometr yolun çəkilişi nəzərdə tutulur”, - deyə o, iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirə bildirib.
Dövlət başçısının sözlərinə görə, altı ayda təxminən 400 kilometrə yaxın avtomobil yolu çəkilib.
“Azərbaycanda yol infrastrukturu tamamilə yenilənir. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir. Əminəm ki, bizim yerimiz daha da irəliləyəcək. Çünki bu sahəyə doğrudan da çox böyük investisiyalar qoyulur və bundan sonra da qoyulacaq”, - deyə İ.Əliyev qeyd edib.*
F.İsazadə