Azərbaycan prezidenti İlham Əliyev Ağdaş rayonunda avtomobil yolunun tikintisi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 18,7 mln. manat ayırmağı tapşırıb.
Orta Qəsil–Şordəhnə–Qarağan Şıxlar–Kükəl–Ərəb–İkinci Aral avtomobil yolu on yeddi min nəfər əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirir.
Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündən ayrılacaq.
İ.Əliyevin müvafiq sərəncamı cümə günü dövlət başçısının saytında dərc olunub. **
F.İsazadə