Azərbaycan Dövlət Neft Fondu (ARDNF) aktivlərinin əsas hissəsini, əvvəlki kimi, ABŞ dollarında yerləşdirməyə üstünlük verir. Bu barədə fondun məlumatında deyilir.
“2019-cu il iyunun sinuna olan vəziyyətə görə, ARDNF-in aktivləri $42 mlrd. 463,7 mln. təşkil edib, bunun $0,3 mln.-u Azərbaycan manatında, qalanı digər valyutalarda yerləşdirilib”, - məlumatda bildirilir.
Bu dövrdə ARDNF-in investisiya portfeli $42 mlrd. 463,45 mln.-a bərabərdir.
Bununla yanaşı, fondun investisiya portfelinin strukturunda 54,6% ABŞ dolları (2018-ci ilin yekunları üzrə 54,3%), 34,1% avro (2018-ci ilin sonuna 34,4%), 4,6% funt sterlinq (2018-ci ilin sonuna 4,6%), 0,6% Avstraliya dolları (2018-ci ilin sonuna 0,6%), 0,7% türk lirəsi (2018-ci ilin sonuna 0,8%), 0,7% rus rublu (2018-ci ilin sonuna 0,7%), 0,4% Cənubi Koreya vonu (2018-ci ilin sonuna 0,5%), 1,2% Çin yuanı (2018-ci ilin sonuna 1,3%), 1,6% yapon yeni (2018-ci ilin sonuna 1,5%), 1,5% digər valyutalarda (2018-ci ilin sonuna 1,63) yerləşdirilib.
Fondun məlumatına görə, ARDNF-in investisiya portfelinin 37,48%-i Avropa ölkələrində (2018-ci ilin sonuna 37,05%), 19,93%-i Şimali Amerika ölkələrində (2018-ci ilin sonuna 23,1%), 32,97%-i Asiya-Sakit okean regionu ölkələrində (2018-ci ilin sonuna 28,71%), qalanı digər regionlarda yerləşdirilib.
Fondun investisiya portfelinin 71,1%-i istiqrazlarda və pul bazarı alətlərində, 13,3%-i səhmlərdə, 5,3%-i daşınmaz əmlakda, 10,3%-i qızılda yerləşdirilib bud a 95,47 tona ekvivalentdir.
“2019-cu ilin yanvar-iyun aylarında ARDNF-nin investisiya portfelinin bütün komponentləri üzrə müsbət gəlirlilik qeydə alınıb, lakin gəlirliliyin ən yüksək göstəricisi səhm alt portfeli üzrə olub – 13,1%”, - məlumatda qeyd olunur.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.**
N.Abbasova