Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Moskva şəhərinə yola düşüb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində Z.Həsənov avqustun 3-də “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının açılış mərasimində iştirak edəcək və “Tank biatlonu” müsabiqəsində yarışan Azərbaycan tankçılarının birinci mərhələdə çıxışını izləyəcək.
Səfər Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə həyata keçirilir.*
F.İsazadə