İran Hərbi Dəniz Qüvvələri komandiri Hüseyn Xanzadi təsdiq edib ki, 2020-ci ilin mart ayının sonunadək İran-Rusiya birgə hərbi dəniz təlimləri keçiriləcək. Bu barədə bazar ertəsi “Fars” agentliyi məlumat verir.
“Xanzadi bəyan edib ki, İranla Rusiya arasında razılığa əsasən, yaxın zamanda birgə hərbi dəniz təlimləri təşkil olunacaq. Tərəflər həmin təlimlərin 2020-ci ilin mart ayından gec olmaması məqsədilə bu məsələyə dair əlaqələr quracaqlar”, - agentlik bildirir.
Beləliklə, təlimlər İran təqviminə görə ilin sonunadək baş tutmalıdır. İran martın ikinci yarısında yeni ili qeyd edir, çünki 2020-ci il martın 20-də İranda yeni 1399-cu il başlayır. **