İranın xarici işlər naziri Cavad Zərif ABŞ-ın ona qarşı sanksiya tətbiq etmək qərarını Vaşinqtonla danışıqların qeyri-mümkün olmasının işarəsi hesab etdiyini deyib.
"Xarici işlər nazirinə qarşı sanksiyalar tətbiq etmək danışıqlar üçün hər hansı bir cəhdin iflasa uğraması deməkdir”, - deyə “Associated Press” agentliyi C.Zərifə istinadən xəbər verir.
Bundan əlavə, nazirin sözlərinə görə, bu, sanksiya tətbiq edən tərəfin "danışıqlara qarşı çıxması" deməkdir.
Xatırladaq ki, ABŞ hakimiyyəti iyulun 31-də C.Zərifi sanksiya siyahısına daxil edib. ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir ki, iranlı nazir SDN List-ə (Specially Designated Nationals List) daxil edilib.*