ABŞ Fars körfəzində koalisiya yarada bilmir, çünki digər ölkələr bu işdə iştirak etməyə utanır. “Tasnim” agentliyinin məlumatına görə, bunu İranın xarici işlər naziri Cavad Zərif bu gün deyib.
"ABŞ qüdrətli dövlət olduğuna təminat vediyi sahələrdə, məsələn, müdafiə sahəsində koalisiya yarada bilmir”, - deyə o bildirib.
C.Zərif əlavə edib ki, digər ölkələr ABŞ-la eyni siyahıda olmaqdan utanır.
İranlı nazir qeyd edib ki, ABŞ öz qüvvələrini hara yönəltsə, bu, məsələn, Əfqanıstanda olduğu kimi uğursuzluqla nəticələnir. “ABŞ-ın qüdrətli dövlət olduğu dövr bitib", - deyə o vurğulayıb.
Xatırladaq ki, İran Hörmüz boğzında Britaniyaya məxsus tankeri saxladıqdan sonra ABŞ bir sıra ölkələrə koalisiya yaratmağı təklif edib. Almaniya və Fransa bu koalisiyada iştirakdan imtina edib, Belçika və Niderland açıq şəkildə cavab verməyib, Böyük Britaniya isə ona məxsus ticarət gəmilərini müşayiət edən iki hərbi gəmini artıq bu rayona göndərib.*