Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti üzünəməşğulluq tədbirlərinin təşkili çərçivəsində respublikanın rayonları üzrə əhalinin özünəməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan kənd təsərrüfatı mallarının satınalınmasına 28 mln. manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytının materiallarına əsasən, DMX " AGRİ KON" QSC ilə müvafiq müqavilə imzalayıb.
Müqavilənin dəyəri 27 mln. 698,780 min manatdır.
Xəbər verildiyi kimi, 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq tədbirlərinin təşkilinə 56 mln. 41,4 min manat yönəltməyi planlaşdırır.
2018-ci ildə proqram 6 min ailəni əhatə edib, 2019-cu ildə 8-10 min ailəni, 2020-ci ildə - 15 minədək ailəni əhatə edəcək. **
B.Rüstəmbəyov