Tümen vilayətinin iş adamları avqustda Azərbaycana səfər edəcəklər. Bu barədə Tümen vilayətinin Ticarət və Sənaye Palatasının mətbuat xidmətindən məlumat verilib.
İxrac yönümlü müəssisələrin nümayəndələrindən ibarət biznes missiya Tümen vilayətinin İxraca Dəstək Mərkəzinin iştirakı ilə avqustun 11-16-da Bakıda səfərdə olacaq. Biznes missiyanın proqramına işgüzar görüşlər və Azərbaycandan olan potensial tərəfdaşlarla danışıqlar daxildir. Bundan başqa, biznes missiyanın iştirakçıları Azərbaycanın ayrı-ayrı idxalçı müəssisələrə baş çəkəcəklər”, - deyə məlumatda bildirilir.
Missiya çərçivəsində sınaq mal tədarükünə dair sazişlərin imzalanması planlaşdırılır.
Biznes missiyanın iştirakçıları “Tümen Cihaz” MMC (neft, qaz, enerji və digər sahələrdə obyektlərin sənaye avtomatlaşdırılması sahəsində xidmət göstərir), “Tümen maşınqayırma zavodu”, “Jizn” MMC (torf və sapropel hasilatı), “SİBNA” SC-dir (enerji daşıyıcılarının hesablanmasında ən müasir texnologiyalar və orijinal texniki həllər).*
N.Abbasova