Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2019-cu ilin iyul ayında valyuta hərraclarında $434,9 mln. məbləğində xarici valyuta satıb. Bu barədə fondun məlumatında deyilir.
Xəbər verildiyi kimi, ARDNF cari ilin iyun ayında valyuta hərraclarında $315,9 mln. məbləğində xarici valyuta satıb. Beləliklə, iyul ayında fond tərəfindən xarici valyutanın satış həcmi iyun ayı ilə müqayisədə 37,7% artıb.
Bütövlükdə, yanvar-iyul aylarında valyuta hərraclarında $3 mlrd. 78,5 mln. məbləğində xarici valyuta satılıb (ötən ilin yanvar-iyul ayları ilə müqayisədə azalma 12,3% - İF).
Fond 2018-ci ildə valyuta hərraclarında $6 mlrd. 455,2 mln. məbləğində xarici valyuta satıb ki, bu da 2017-ci ilin göstəricisi ilə müqayisədə 79,4% çoxdur.*
B.Rüstəmbəyov