“AVTOOİL” şirkəti nizamnamə kapitalının 10 manatadək (əmlakın müsadirəsi yolu ilə) azalmasına dair qərar qaəbul edib. Bu barədə şirkətin elanında deyilir.
“Şirkət nizamnamə kapitalının 199,99 min manatdan 10 manatadək azalmasına dair qərar qəbul edib”, - məlumatda deyilir.
Şirkət nizamnamə kapitalının azaldılmasına dair qərarın səbəblərini açıqlamır.
“AVTOOİL” MMC 2008-ci ilin sentyabr ayından etibarən Azərbaycanda “Eni” sürtkü materialları istehsalçısının rəsmi tərəfdaşıdır. **
B.Rüstəmbəyov