Vergilər Nazirliyi “Bakı Tekstil Sənaye Fabriki” MMC-ni (BTSF) dövlət qeydiyyatına alıb. Bu barədə “İnterfaks-Azərbaycan”a nazirlikdən məlumat verir.
“2019-cu il iyunun 24-də nizamnamə kapitalı 2 mln. manat təşkil edən BTSF qeydiyyata alınıb. MMC-nin rəsmi nümayəndəsi Emin Şirinovdur”, - nazirlikdən qeyd ediblər.
Müəssisə Bakı şəhəri Suraxanı rayonunda yerləşir. **
N.Abbasova