“Amrahbank” 2019-cu ilin birinci yarısında aktivlərini 12,3% - 201,98 mln. manatadək azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Hesabat dövrünün sonuna müştərilərə verilmiş kredit və avansın həcmi (bu kreditlər üzrə mümkün zərərin ödənilməsi üçün ehtiyatlar nəzərə alınmadan) 104,946 mln. manat (azalma 6,2%) təşkil edib.
“Amrahbank”ın öhdəlikləri 187,508 mln. manata (azalma 8,1%), depozitləri 166,268 mln. manata (azalma 10,6%) bərabərdir.
İyulun əvvəlinə bankın kapitalı 14 mln. 472,29 min manat (azalma 45,2%), nizamnamə kapitalı 39 mln. 844,4 min manat (dəyişməyib) təşkil edir.
Birinci yarımilliyin yekunları üzrə bankın xalis zərəri 5 mln. 278,7 min manat təşkil edib (2018-ci ilin birinci yarısının göstəricisi ilə müqayisədə azalma 34,7% - İF).
“Amrahbank” ASC 1993-cü ildə yaradılıb. Bankın səhmdarları 4 fiziki və 1 hüquqi şəxsdir (Beynəlxalq İnvestisiya Bankı). ASC-nin səhm nəzarət paketi (53,17%) fiziki şəxs Yunis İldırımzadəyə məxsusdur.*
B.Rüstəmbəyov