Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycanın ABŞ-dakı səfirliyi “National Geographic Kids” jurnalının internet səhifəsində Dağlıq Qarabağa dair səhv məlumatın aradan qaldırılmasına nail olub.
Nazirliyin məlumatına görə, “National Geographic” Cəmiyyətinin dərc etdiyi “National Geographic Kids” jurnalının internet səhifəsində Azərbaycan xəritəsində ciddi təhrifə yol verilib - işğal edilmiş Dağlıq Qarabağ bölgəsi fərqli rəngdə təsvir olunub.
“Bununla əlaqədar operativ tədbirlər görülüb. Nəticədə Azərbaycanın xəritəsinə münasibətdə yol verilmiş təhrifin aradan qaldırılmasına nail olunub. Respublikamızın xəritəsi artıq dəqiq və ərazi bütövlüyü qorunmaqla təsvir edilib”, - məlumatda qeyd olunur. **
F.İsazadə