Radio Televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyi peyk qəbulu avadanlıqlarının satınalınması 170 min manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytının məlumatına görə, İB regionlarda rəqəmli radio TV yayım şəbəkəsinin keyfiyyətli və dayanıqlı işinin təmin edilməsi məqsədilə siqnalın efir qəbulunın peyk qəbulu ilə əvəz olunması üçün peyk qəbulu avadanlıqlarının satınalınması məqsədilə "COLABLE Electronics" şirkəti ilə müqavilə imzalayıb.
Müqavilənin dəyəri 169 min 974,5 manatdır.
Radio Televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyi 2006-ci il fevralın 22-də Ədliyyə Naziolriyində qeydiyyata alınıb. Hazırda İB Azərbaycan ərazisində DVB-T rəqəmli TV yayım şəbəkəsinin inkişafına dair layihə reallaşdırır. **
N.Abbasova