“Azəristiliktəchizat” ASC qazanxana və istilik şəbəkələri üçün müxtəlif diametrli (tikişsiz) boru və aksesuarların satınalınmasına 1,4 mln. manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytının məlumatına görə, “Azəristiliktəchizat” "MET-AK" MMC ilə müvafiq müqavilə imzalayıb.
Müqavilənin dəyəri 1 mln. 380 min 185,23 manatdır.
“Azəristiliktəchizat” ASC 2004-cü ildə yaradılıb və istilik təchizatı sahəsində dövlət inhisarçısıdır.
“METAK” MMC 1997-ci ildə yaradılıb. 2016-cı ildə şirkət Balaxanı Sənaye Parkının və Neftçala Sənaye Məhəlləsinin rezidenti olub.
2005-ci ildə şirkət plastik boru və fitinqlərin istehsalı üzrə zavodu istifadəyə verib. Bu seqmentdə şirkətin payı 65%-i keçir. **
N.Abbasova