Bakının Pirallahı rayonunda yerləşən “NərəMİZ” balıqyetişdirmə zavodunun illik istehsal gücü 125 ton nərə və 4 ton qara kürüdən ibarət olacaq. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü NərəMİZ” balıqyetişdirmə zavodunun açılışında iştirak edib.
“NərəMİZ” balıqyetişdirmə zavodu “Nərəkənd” balıqyetişdirmə kompleksi layihəsi çərçivəsində yaradılıb. Müəssisənin ilkin mərhələsində illik istehsal gücü 100 ton nərə, 25 ton çökə əti və 4 ton qara kürüdən ibarət olacaq. Nəticədə ümumi illik istehsalat həcminin 200 ton balığa və 20 ton kürüyə çatdırılması planlaşdırılır”, - məlumatda deyilir.
Hazırda zavodda 30 nəfər çalışır, perspektivdə daimçi iş yerlərinin sayı 70-ə çatdırılacaq. Bundan başqa, zavodun yaxınlığında balığın mərkəzləşdirilmiş qaydada və zəruri normativlərə uyğun satışının təşkili məqsədilə balıq bazarı inşa olunub. **
B.Rüstəmbəyov