Azərbaycan sərhədçiləri dövlət sərhədini pozmağz cəhd edən Gürcüstan vətəndaşını saxlayıblar. Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilir.
“Avqustun 7-də Ağstafa rayonunun Ağgöl kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozan Gürcüstan vətəndaşı Temur Şaraşidze (1973-cü il təvəllüd) sərhəd pozucusu qismində saxlanılıb”, - DSX-dən qeyd ediblər.
Fakt üzrə cinayət işi qaldırılıB, zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir. **
N.Abbasova