Vergilər Nazirliyi “Bakı Hövsan Beynəlxalq Dəniz Limanı" ASC-ni qeydiyyata alıb. Bu barədə “İnterfaks-Azərbaycan”a nazirlikdən məlumat verilib.
“2019-cu il iyulun 12-də nizamnamə kapitalı 10 min manat ilə “Bakı Hövsan Beynəlxalq Dəniz Limanı" qeydiyyatdan keçib. Cəmiyyətin rəsmi nümayəndəsi Rəşad Daşdəmirovdur”, - nazirlikdən qeyd ediblər.
Müəssisə Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşir. **
N.Abbasova