6-7 noyabr 2019-cu il tarixlərində Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək.
“Noyabr ayının 6-7-də Bakıda IV Beynəlxalq Bankçılıq Forumu keçiriləcək”, - deyə tədbirin təşkilatçısı olan Azərbaycan Banklar Assosiasiyasından (ABA) “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Forumda Azərbaycanın bank sektorunun mövcud vəziyyəti və perspektivləri müzakirə olunacaq.
Forumda 60-dan çox spikerin çıxışı planlaşdırılır.*
N.Abbasova