Azərbaycanda fermerlərə ümumilikdə 86 mln. 362,8 min manat məbləğində subsidiya veriləcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.
Bununla bağlı qərar Respublika Komissiyasının növbəti iclasında qəbul edilib.
“Ümumilikdə, 2019-cu ildə Respublika Komissiyası 59 rayon (şəhər) üzrə 383,665 min istehsalçıya 1 mln. 214,259 min hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına (hər hektara görə 50 manat), habelə buğda və çəltik əkininə görə 83 mln. 240,7 min manat (hər hektara görə 40 manat), 36 rayon (şəhər) üzrə 5,543 min barama istehsalçısına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri yaş baramaya görə dövlət büdcəsinin vəsaiti hesabına 3 mln. 122,1 min manat (hər kiloqrama görə 5 manat) məbləğində subsidiya ödənilməsi barədə qərar qəbul edib.*
B.Rüstəmbəyov