2019-cu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” yatağından hasil olunan mənfəət qazının satışından əldə etdiyi gəlir $197 mln. təşkile dib. Bu barədə “İnterfaks-Azərbaycan”a Fonddan məlumat verilir.
“Ümumilikdə, 2007-ci ildən 2019-cu il iyulun 31-dək “Şahdəniz” yatağından hasil olunan mənfəət qazının satışından ARDNF-nin gəlirləri $2 mlrd. 703 mln. təşkil edib”, - Fonddan qeyd ediblər.
2019-cu il yanvarın 1-nə “Şahdəniz” yatağından hasil olunan mənfəət qazının satışından ARDNF-nin gəlirləri $2 mlrd. 703 mln. təşkil edib (2007-ci ildən - İF). Beləliklə, 2019-cu ilin 7 ayı ərzində mənfəət neftinin satışından Fonda $197 mln. məbləğində gəlir daxil olub.
2018-ci ilin yanvar-iyul aylarında “Şahdəniz”dən mənfəət qazının reallaşdırılmasından Fonda vəsait daxil olmayıb.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir. **
N.Abbasova