2019-cu ilin yanvar-iyul aylarında Azərbaycana 1 mln. 774,877 min nəfər turist gəlib ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 121,589 min nəfər və ya 7,35% çoxdur. Bu barədə Dövlət Turizm Agentliyinin mətbuat xidmətindən məlumat verilib.
Turistlərin böyük hissəsini Rusiya və Gürcüstandan gələnlər təşkil edib. RF-dən 542,425 min nəfər (artım 4,2%), Gürcüstandan isə 404,213 min nəfər turist (artım 23,3%) gəlib.
Yanvar-iyul aylarında Türkiyədən gəlmiş qonaqların sayı 176,494 min nəfər (artım 4%) təşkil edib.
Agentliyin məlumatına görə, Cənubi və Mərkəzi Asiya ölkələrindən gələnlərin sayında da artım müşahidə olunub. Mərkəzi Asiyadan olan turistlərin sayı 68,666 min nəfər (artım 38,5%), Cənubi Asiyadan olan turistlərin sayı 61,238 min nəfər (artım 44,3%) təşkil edib.
Yanvar-iyul aylarında Yaxın Şərq ölkələri və İrandan olan turistlərin sayında azalma qeydə alınıb. Onların sayı müvafiq olaraq 205,437 min və 127,331 min nəfər, azalma isə 6,2% və 23,2% təşkil edib.*
F.İsazadə