2018-ci ildə ehtiyatlarının idarə olunmasından Azərbaycan Mərkəzi Bankının (AMB) gəlirləri $115,4 mln. təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilir.
2018-ci ildə valyuta ehtiyatlarının idarə olunmasından AMB-nin gəlirləri $58,2 mln. təşkil edib. Beləliklə, 2018-ci ildə AMB valyuta ehtiyatlarının idarə olunmasından gəliri 98,3% artırıb. “2018-ci il ərzində AMB-nin valyuta ehtiyatları $291,1 mln. - $5,6 mlrd.-a qədər artıb. Eyni zamanda, ötən il valyuta ehtiyatlarının idarə olunmasından $115,4 mln. məbləğində gəlir əldə olunub”, - bankdan qeyd ediblər.
Məlumata görə, hesabat dövrünün sonuna AMB-nin valyuta ehtiyatlarının 89%-i ABŞ dolları (2017-ci ilin yekunları üzrə– 90%), 5%-i – avro, 2%-i - funt sterluinq, 4%-i - xüsusi borcalma hüquqlarında yerləşdirlib. **
N.Abbasova