2019-cu ilin iyul ayında Azərbaycan OPEC+ çərçivəsində hasilatın azaldılması üzrə öhdəliyi 218% yerinə yetirib. Bunu Beynəlxalq Enerji Agentliyi hesablayıb.
“İyulda Azərbaycanda orta sutkalıq neft hasilatı cari ilin iyun aylnda 770 min barelə qarşı 750 min barel təşkil edib. Beləliklə, iyul ayında Azərbaycan OPEC+ sazişi üzrə öhdəliyi 218% yerinə yetirib”, - BEA qeyd edir.
Agentliyin məlumatına görə, Azərbaycan tərəfindən sazişin icrasının orta səviyyəsi 140% təşkil edib.
2018-ci il dekabrın 7-də əldə olunmuş OPEC+ razılaşmasına əsasən, OPEC üzvləri neft hasilatını sutkada 800 min barrel, kartelə daxil olmayan ölkələr isə 400 min barrel azaltmaqla bağlı öhdəlik götürüb. Bu razılaşma 2019-cu ilin iyun ayının sonunadək qüvvədədir. İyul ayında Vyanada keçirilən görüşdə OPEC ölkələri sövdələşmənin müddətinin 9 ay – 2020-ci ilin mart ayının sonunadək uzadılmasına dair qərar qəbul edib.
Azərbaycan gündəlik neft hasilatını 20 min barrel - 776 min barrelədək azaltmaqla bağlı öhdəlik götürüb.**
N.Abbasova