“Aqrolizinq” ASC ümumi dəyəri 3 mln. 883, 844 min manat olan mineral gübrə, motor və sürtkü yağları, yuyucu vasitələr və ehtiyat hissələrinin satın alınması haqqında 2 müqavilə imzalayıb.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, hər iki müqavilə «АGRI SPACE» MMC ilə bağlanıb.
Mineral gübrələrin satın alınması haqqında müqavilənin dəyəri 2,508 mln. manat, motor və sürtkü yağlarının, yuyucu vasitə və ehtiyat hissələrinin satın alınması haqqında müqavilənin dəyəri isə 1 mln. 375,844 min manatdır.
“Aqrolizinq” ASC 2004-cü ilin oktyabr ayında təsis edilib və Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.*
B.Rüstəmbəyov