Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Arxangelsk vilayətində poliqonda baş vermiş partlayış nəticəsində RF Müdafiə Nazirliyinin “Rosatom” şirkətinin əməkdaşlarının həlak olması” ilə əlaqədar Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlığı ünvanlayıb.
“Arxangelsk vilayətində yerləşən hərbi poliqonda baş vermiş hadisə nəticəsində “Rosatom” şirkətinin əməkdaşlarının faciəvi şəkildə həlak olması barədə xəbər məni dərindən sarsıtdı”, - nazirliyin saytında dərc olunan başsağlığı məktubunda deyilir.
Həsənov həlak olanların ailələrinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanlara tezliklə sağalmalarını diləyib.
“Baş vermiş faciədən sizinlə birlikdə kədərlənirik”, - məktubda vurğulanır.
Öncə şənbə günü “Rosatom”un verdiyi məlumatına görə, faciə nəticəsində korporasiyanın 5 əməkdaşı həlak olub, 3 nəfər xəsarət alıb. **
F.İsazadə