Oslo şəhərində məsciddə baş vermiş atışma nəticəsində ən azı bir nəfər yaralanıb. Bu barədə şənbə günü qərb mətbuatı məlumat verir.
“Bir nəfər güllə yarası alıb, lakin ağırlığı barədə məlumat yoxdur. Cinayətkar saxlanılıb”, - yerli polisin Twitter səhifəsində deyilir.
Şahidlər atəş açan şəxsi uniformalı avropalı kimi təsvir ediblər. Onun barədə digər təfərrüatlar və motivi hələlik məlum deyil. **