Avtomobil yolunda iki avtobus və minik avtomobilinin toqquşması bir nəfərin ölümü ilə nəticələnib.
“Kürdəmir-Şirvan avtomobil magistralında yol qəzası nəticəsində 19 nəfər xəsarət alıb”, - “İnterfaks-Azərbaycan”a Səhiyyə Nazirliyindən məlumat verilir.
Bildirilir ki, 10 nəfər Şirvan MRX, qalan 9 nəfər isə Kürdəmir MRX-ya aparılıb.
“Kürdəmir MRX-da bir azyaşlı oğlanın Bakıya Travmatologiya İnstitutuna (qolun amputasiyası) göndərilməsinə dair qərar qəbul olunub”, - məlumatda qeyd edilir.
Şirvan MRX-ya çatdırılan qadınların ikisində qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
“Bütün yaralılara lazımi yardım göstərilir", - nazirlikdən qeyd ediblər. **
F.İsazadə