Kənd Təsərrüfatı Nazirliyi öz bölmələrində təmir-tikinti işlərinin həyata keçirilməsinə 2 mln. 538,065 min manat ümumi məbləğdə 3 müqavilə imalayıb.
www.tender.gov.az saytında dərc olunan məlumata görə, Salyan Dövlət Sort Sınaq Məntəqəsinin inzibati və yardımçı binalarının tikintisinə dair “Azəraqrartikinti" ASC ilə müqavilə bağlanıb. Müqavilənin dəyəri – 823,95 min manatdır.
“Fasad-F” MMC ilə iki müqavilə imzalanıb. Birinci müqavilə Azərbaycan Dövlət Aqrar Universitetinin Əczaçılıq və morfologiya kafedrasının binasının əsaslı təmirini nəzərdə tutur. Müqavilənin dəyəri – 1 mln. 15,765 min manatdır.
İkinci müqavilə Azərbaycan Dövlət Aqrar Universitetinin Mühəndislik fakultəsinin Emalatxana binasının əsaslı təmirini nəzərdə tutur. Müqavilənin dəyəri – 698,35 min manat təşkil edir. **
B.Rüstəmbəyov