“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Biləcəri stansiyasında post növbətçisi 27 yaşlı Əli Məmmədzadə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Bu barədə ADY-nin məlumatında deyilir.
“Bu gün səhər saatlarında Biləcəri stansiyasında post növbətçisi Ə.Məmmədzadə növbədə olarkən iş başında xəsarət alıb. Hadisə yerinə Təcili Tibbi Yardım çağrılıb. Ə.Məmmədzadə dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb”, - deyə məlumatda bildirilir.
Hadisənin baş vermə səbəbləri araşdırılır.*
F.İsazadə