Latviya prezidenti Eqils Levits Daynis Qarançsı Azərbaycanda səfir təyin edib.
“Levits Riqa Sarayında təntənəli mərasimdə Latviyanın Azərbaycandakı yeni səfiri Daynis Qarançsaya etimadnaməni təqdim edib”, - məlumatda qeyd olunur.
Azərbaycana təyinatdan əvvəl Qarançs Latviyanın Ukrayna, Özbəkistan, Polşa, Qazaxıstan və İsveçdəki səfirliyində çalışıb, Latviya XİN-də Birinci ikitərəfli münasibətlər Departamentinə rəhbərlik edib. 1994-cü ildə diplomatik fəaliyyətə başlayıb.
Qarançs Azərbaycanda bu postda 2015-ci ilin avqust ayından səfuir vəzifəsini tutan Yuris Maklakovsu əvəz edib. **
F.İsazadə