2019-cu ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $3 mlrd. 834 mln. 45,74 min təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 4,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $20 mlrd. 701 mln. 383,2 min (2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə artım 25,3% - İF) təşkil edib. Hesabat dövründə ixracın həcmi $12 mlrd. 267 mln. 714,47 min (artım 14,1%), idxalın həcmi $8 mlrd. 433 mln. 668,73 min (artım 46%) təşkil edib.
İxracın strukturunda 77,78% neftin, 2,5% neft məhsullarının, 10,29% təbii qazın, 0,46% elektrik enerjisinin, 2,82% meyvə-tərəvəz məhsullarının, 0,04% çayın, 0,08% bitki və heyvan mənşəli yağların, 0,13% qəndin, 0,14% spirtli və spirtsiz məhsulların, 0,47% kimya məhsullarının, 0,97% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 0,68% pambıq, 0,14% pambıq ipliyin, 0,31% qara metal və ondan hazırlanan məmulatların, 0,51% alüminium və ondan hazırlanan məmulatların, 2,68% digər məhsulların payına düşüb.
İdxal məhsullarının strukturunda 10,15% ərzaq məhsullarının, 0,74% tütün və tütün məhsullarının, 1,84% əczaçılıq məhsullarının, 0,85% gübrələrin, 2,68% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 1,86% odun və agac məhsullarının, 1,61% geyim və geyim aksessuarları, 6,59% qara metal və ondan hazırlanan məmulatların, 18,01% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 7,83% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,69% mebelin, 47,15% digər məhsulların payına düşüb.
Yanvar-iyul aylarında xarici ticarət əməliyyatlarında 6,936 min özəl və dövlət müəssisəsi və 17,959 min fiziki şəxs iştirak edib. Bu dövrdə Azərbaycan dünyanın 177 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.
Yanvar-iyul aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 30,14%-i), Türkiyə (12,21%), İsrail (6,13%), Hindistan (5,64%), Çin (5,6%), Almaniya (4,9%) və İspaniya (3,857%), əsas idxal əməliyyatlarını isə İsveçrə (14,12%), Rusiya (14,04%), Türkiyə (9,68%), Çin (8,62%), ABŞ (6,67%), Kanada (4,65%), Almaniya (4,82%) və İranla (3,75%) həyata keçirib.**
N.Abbasova