2019-cu ilin I yarısında Azərbaycana pul köçürmələrinin həcmi $495,4 mln. təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Xəbər verildiyi kimi, 2018-ci ilin yanvar-iyun aylarında Azərbaycana pul köçürmələrinin həcmi $681 mln. təşkil edib. Beləliklə, 2019-cu ilin birinci yarısında onların həcmi 27,3% azalıb.
Etyni zamanda, ikinci rübdə pul köçürmələrinin həcmi birinci rübdə $215 mln.-a qarşı $280,4 mln. təşkil edib.
2018-ci ildə Azərbaycana pul köçürmələrinin həcmi $1 mlrd. 80 mln. təşkil edib. **
Ə.Məmmədov