2019-cu ilin yanvar-iyul aylarında Azərbaycan 19 mln. 554,245 min ton bəyan edilmiş neft ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“Cari ilin yanvar-iyul aylarında Azərbaycandan ixrac olunmuş $9 mlrd. 541 mln. 342,36 min dəyərində neftin bəyan edilmiş həcmi 19 mln. 554,245 min ton təşkil edib”, - Komitədən bildirilir.
2018-ci ilin yanvar-iyul aylarında ixrac edilmiş $8 mlrd. 676 mln. 292,34 min dəyərində neftin bəyan edilmiş həcmi 16 mln. 658,927 min ton təşkil edib. Beləliklə, 2019-cu ilin hesabat dövründə neft ixracı miqdar ifadəsində 17,4%, dəyər ifadəsində 9,9% artıb.
2019-cu ilin yanvar-iyul aylarında Azərbaycan $1 mlrd. 262 mln. 496,85 min dəyərində 6 mlrd. 709 mln. 659,15 min kubmetr bəyan edilmiş qaz ixrac edib.
2018-ci ilin yanvar-iyul aylarında ixrac edilmiş $749 mln. 713,98 min dəyərində qazın bəyan edilmiş həcmi 4 mlrd. 49 mln. 654,96 min kubmetr təşkil edib. Beləliklə, 2019-cu ilin hesabat dövründə qaz ixracı miqdar ifadəsində 65,7%, dəyər ifadəsində 68,4% artıb.
2018-ci ildə Azərbaycandan ixrac olunmuş $15 mlrd. 719 mln. 482,37 min dəyərində neftin bəyan edilmiş həcmi 29 mln. 498,337 min ton, $1 mlrd. 499 mln. 385,84 min dəyərində qazın bəyan edilmiş həcmi 7 mlrd. 900 mln. 12,99 min kubmetr təşkil edib. **
N.Abbasova