Azərbaycan, Rusiya və İran enerji operatorları “Şimal-Cənub” enerji dəhlizinin yaradılması layihəsinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına dair razılığa gəliblər. Bu barədə “Vahid Enerji Sisteminin Sistem Operatoru” SC-nin məlumatında qeyd edilir.
“Avqustun 12-də Azərbaycan, Rusiya və İran enerji sistemləri arasında “Şimal-Cənub” enerji dəhlizinin yaradılması layihəsinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına dair saziş imzalanıb. Rusiya tərəfindən saziş iştirakçıları “Vahid Enerji Sisteminin Sistem Operatoru” SC, Azərbaycan və İran tərəfindən isə - “Azərenerji” ASC və İranın “TAVANİR” Enerjinin İstehsalı, Ötürülməsi və Paylanmasını İdarəetmə Şirkətidir”, - məlumatda deyilir.
Məlumata əsasən, enerji sistemlərinin birləşdirilməsi layihəsinin texniki-iqtisadi əsaslandırılmasını bir il ərzində hazırlamaq planlaşdırılır. Texniki-iqtisadi əsaslandırılma layihəsinin sifarişçisi İranın “TAVANİR” şirkətidir. Şirkət “Rosseti” PSC, “Azərernerji” ASC ilə razılıq əsasında elektrik enerjisi sahəsində bu dür işlərin həyata keçirilməsi üzrə müvafiq təcrübəyə malik olan şirkətlər arasında texniki-iqtisadi əsaslandırılmanın tərtibatçısını müəyyən edəcək.
Üç ölkənin enerji sistemlərinin cari vəziyyətinin kompleks təhlili və inkişaf perspektivləri, o cümlədən onların digər ölkələrin enerji sistemləri ilə əlaqələri əsasında Azərbaycan, Rusiya və İranın enerji sistemlərinin birləşdirilməsinin iqtisadi məqsədəuyğunluğuna, həmçinin “Şimal-Cənub” enerji dəhlizinin reallaşdırılmasının müxtəlif üsullarının effektivliyinə qiymət veriləcək.
Rusiya və Azərbaycan, həmçinin İranın enerji sistemlərinin birləşdirilməsi məsələsi 2005-ci ildən müzakirə olunur. Texniki məsələnin layihəsi Rusiya tərəfindən hazırlanaraq diplomatik kanallar vasitəsilə İran və Azərbaycana göndərilib.
2018-ci il aprelin 26-da Bakıda Azərbaycan, İran və Rusiyanın energetika nazirlərinin müavinlərinin görüşü keçirilib. Görüşün yekunlarına dair üç ölkənin enerji sistemlərinin birləşdirilməsi məsələsi üzrə üçtərəfli işçui qrupunun yaradılnmaına dair qərar qəbul olunub, Rusiya tərəfinin enerji sistemlərinin birləşdirilməsininm texniki-iqtisadi əsaslanladırlmasının tərtib olunmasına dair texniki məsələ razılaşdırılıb. Həmçinin görüş iştirakçıları Rusiya tərəfinin “Azərbaycan, Rusiya və İranın elektrik enerjisi sistemlərinin birləşdirilməsinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması” araşdırmasının birgə yerinə yetirilməsina dair saqziş layihəsinin hazırlanması təklifi ilə razılaşıblar. **
N.Abbasova