Azərbaycan 2019-cu ilin yanvar-iyul aylarında 1 mlrd. 319 mln. 123,98 min kVt/saat elektrik enerjisi ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“Yanvar-iyul aylarında Azərbaycandan $56 mln. 546,33 min dəyərində 1 mlrd. 319 mln. 123,98 min kVt/saat elektrik enerjisi ixrac olunub”, - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, 2018-ci ilin yanvar-iyul aylarında Azərbaycan $56 mln. 943,11 min dəyərində 1 mlrd. 205 mln. 532,49 min kVt/saat elektrik enerjisi ixrac edib. Beləliklə, 2019-cu ilin yanvar-iyul aylarında respublikadan elektrik enerjisinin ixrac həcmi miqdar ifadəsində 9,4% artıb, dəyər ifadəsində 0,7% azalıb.
2018-ci ildə Azərbaycandan $65 mln. 627,72 min dəyərində 1 mlrd. 397 mln. 323,76 min kVt/saat elektrik enerjisi ixrac olunub.
Azərbaycan Gürcüstan, Türkiyə, Rusiya və İrana elektrik enerjisi ixrac edir.*
N.Abbasova