2019-cu ilin I yarısında Azərbaycan ərazisindən tranzit yüklərin həcmi 4,1 mln. tona çatıb. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“2019-cu ilin birinci yarısında ölkə ərazisindən 4,1 milyon ton tranzit yük daşınıb. Bu dövr ərzində Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmində 63% artım müşahidə olunub, 131 min ton yük daşınıb. Şimal-Qərb və Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə daşınan yüklərin həcmində də əhəmiyyətli dərəcədə artım qeydə alınıb”, - Mustafayev bu gün nazirliyin geniş kollegiya iclasında bildirib.
O cümlədən, nazir vurğulayıb ki, Şimal-Qərb və Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə daşınan yüklərin həcmində də əhəmiyyətli dərəcədə artım qeydə alınıb.
Onun sözlərinə görə, bu ilin 6 ayında Şimal-Qərb nəqliyyat dəhlizi ilə daşınan ümumi tranzit yükün həcmi 70% artaraq 829 min ton təşkil edib.
Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınan qeyri-neft məhsullarının həcmi isə 42,8% artaraq 795 min ton olub. **
B.Rüstəmbəyov