Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Dəyişikliyə əsasən, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdiriləcək.
Bundan başqa, əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 25% artırılaraq 200 manat məbləğində müəyyən olunur. Hazırda bu göstərici 160 manatdır.*
B.Rüstəmbəyov