“Azərbaycan Dəmir Yolları" (ADY) QSC 200 ədəd örtülü vaqonun tədarükçüsünü seçir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
Seçim açıq tender metodu ilə keçirilir.
Tenderdə iştirak haqqı 300 manatdır ($176,5).
Qalibin seçilməsində əsas meyarlar bunlardır: ucuz qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, təcrübə, maliyyə vəziyyəti və zəmanət müddəti.
İddiaçılar ərizələrini 2019-cu il sentyabrın 26-dək təqdim edə bilərlər. Tender proseduru sentyabrın 27-də baş tutacaq.
Telefon: (+99412) 499-73-54, əlaqələndirici şəxs - İsmayılova Nülufər.*
N.Abbasova