Yeni tədris ilində Azərbaycanın 70-dən artıq hərbi qulluqçusu Rusiyanın hərbi təhsil müəssislərində təhsil alacaq. Bu barədə Rusiya Federasiyası müdafiə nazirinin birinci müavini Ruslan Salikov Azərbaycanın müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyevlə görüş zamanı bildirib.
Görüş çərşənbə günü “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində “Dəniz kuboku-2019” müsabiqəsinin keçirildiyi Azərbaycan Hərbi-Dəniz Qüvvələrinin hərbi-dəniz bazasında keçirilib.
Salikovun sözlərinə görə, bu gün 132 azərbaycanlı hərbçi Rusiyanın hərbi ali məktəblərində ödənişsiz əsasda hazırlıq keçir. “Yeni tədris ilində daha 74 nəfər qəbul olunacaq”, - nazirin birinci müavini qeyd edib.
O, həmçinin bildirib ki, nazirlik əməkdaşlıq məsələlərində Azərbaycanla Rusiya arasında əlaqələrin genişlənməsinə böyük diqqət ayırır.
“Bu il hərbi fəaliyyətin müxtəlif sahələri üzrə işgüzar görüşlərin keçirilməsi, Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətlərinin beynəlxalq tədbirlərdə iştirakı nəzərdə tutulur. Xəzər birliyi çərçivəsində çox sayda proseslər baş verir, göründüyü kimi, Azərbaycan Müdafiə Nazirliyi həmin proseslərdən kənarda qala bilmir”, - Salikov vurğulayıb.
Öz növbəsində, Vəliyev Rusiya ilə Azərbaycan arasında əmədaşlığa dair bir çox məsələlər bağlı RF Müdafiə Nazirliyinə minnətdarlığını bildirib. “Qeyd etmək istərdik ki, bizim yaxşı münasibətlərimiz var, nazilriklərimizin rəhbərli dostluq edirlər, razılıqlarımız və sazişlərimiz münasibətlərin inkişafını, yaxşılaşmasını şərtləndirir. Həyata keçirilən birgə layihələrin sayı artıb”, - Vəliyev bəyan edib.
Bundan əlavə, o RF və Azərbaycanın hərbi idarələri arasında “təhsil sahəsində yaxşı münasibətərin mövcudluğunu” qeyd edib.
“Hərbi qulluqçularımızın hazırlığında göstərdiyiniz köməyə görə minnətdarlığımı bildirmək istərdim. Son 12 il ərzində Rusiyada 300-dən artıq mütəxəssis hazırlanıb ki, onlar bizim Silahlı Qüvvələrimizdə uğurla xidmət edir”, - Vəliyev əlavə edib.
Görüşdən öncə Rusiya və Azərbaycanın nümayəndə heyətləri respublikanın üçüncü prezidenti Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. **
F.İsazadə