Kənd Təsərrüfatı Nazirliyi ölkənin regionlarında xırda buynuzlu heyvanların qırxım məntəqələrinin və mal-qaranın çimizdirilmə qurğularının tikintisinə 4 mln. manata yaxın vəsait yönəldəcək.
Məntəqələrin Tovuz, Şəmkir, Şəki, Qazax, Samux, İsmayıllı, İmişli, Göygöl, Goranboy, Beyləqan, Ağstafa və Ağcabədi rayonlarında tikintisi nəzərdə tutulur.
www.tender.gov.az saytında dərc olunan məlumata görə, bu işlərin icrası məqsədilə nazirlik “CON-SOL Group” MMC ilə 3 mln. 939,201 min manat ümumi məbləğdə 12 müqavilə imzalanıb. **
B.Rüstəmbəyov